...

Xarici investorlar Sumqayıt Kimya Sənaye Parkına böyük maraq göstərirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2013 19:06 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və xaricdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir. Bu barədə Trend-ə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.
Xarici investorlar Sumqayıt Kimya Sənaye Parkına böyük maraq göstərirlər

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və xaricdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir. Bu barədə Trend-ə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.

Tanınmış "Weber Saint Gobain" şirkətinin Türkiyə nümayəndəliyi olan "Weber Saint Gobain Yapı Kimyasalları Tic. Aş."nin baş direktoru Levent Gökçə və şirkətin Zavodlar və İnvestisiyalar üzrə direktoru Engin Öndərlə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də görüş keçirilmişdir. Görüş zamanı qonaqlara Sumqayıt Kimya Sənaye Parkı və rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, rezidentlərə effektiv xidmət məqsədilə Sənaye Parkında "bir pəncərə" sisteminin tətbiqi nəzərdə tutulur ki, bu, qeydiyyat prosedurunun daha operativ və rahat təşkilini təmin edəcəkdir.

SKSP-yə böyük maraq göstərən "Weber Saint Gobain" şirkətinin əməkdaşları Azərbaycanda nümayəndəlik açmaq arzusunda olduqlarını bildirmişlər.

Qeyd: "Weber Saint Gobain" şirkəti mərkəzi qərargahı Fransada yerləşən "Saint-Gobain" şirkətlər qrupuna daxildir. 64 ölkədə nümayəndəliyi olan şirkətin əsas fəaliyyət istiqaməti inşaat, innovasiya materialları və qablaşdırma sahələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti