...

FORD EDGE modeli üçün xüsusi təklif! (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 14:00 (UTC +04:00)
Ford Azərbaycan Ford Edge modelinə sahib olmaq sitəyənlərə xüsusi şərtlər təklif edir. Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci il dönümü münasibətilə təqdim olunan təklifə görə, indi Ford Edge almaq istəyən müştərilər üçün avtomobilin qiymətinə 2000 AZN endirim olunur və onlar cəmi 5900 AZN ilkin ödəniş etməklə bu mükəmməl SUV-a sahib ola bilərlər.
FORD EDGE modeli üçün xüsusi təklif! (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Ford Azərbaycan Ford Edge modelinə sahib olmaq istəyənlərə xüsusi şərtlər təklif edir. Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci ildönümü münasibətilə təqdim olunan təklifə görə, indi Ford Edge almaq istəyən müştərilər üçün avtomobilin qiymətinə 2000 AZN endirim olunur və onlar cəmi 5900 AZN ilkin ödəniş etməklə bu mükəmməl SUV-a sahib ola bilərlər.

FORD EDGE - SEQMENTİNİN ŞƏRİKSİZ LİDERİDİR!

"Ford" şirkətinin təqdim etdiyi 2006-cı ilin orta ölçülü Edge krossoveri yaraşıqlı dizaynı, yüksək keyfiyyəti, qənaətcilliyi və yaxşı idarə olunma qabiliyyəti sayəsində tezliklə alıcıların rəğbətini qazandı və markanın sayca üçüncü bestsellerinə çevrildi. Təkcə birinci ildə onun satışları 130 min ədəd təşkil etdi. Edge bugün də öz sinfində ən populyar avtomobillərdən biri olaraq qalmaqdadır.

Dizayn və eksteryer. Dizaynerlər avtomobilin çoxları tərəfindən bəyənilən dinamik simasında cəmi bir neçə cizgi ilə onun ön tərəfini dəyişiblər. Seqmentlərə bölünmüş əvvəlki faralar yerini aqressiv görünüşlü optikaya verib, üçzolaqlı radiator barmaqlığı isə daha da enlənib və indi ölçülərinə görə F seriyalı pikapların radiator barmaqlığı ilə müqayisə oluna bilər. Relyefli kapot, habelə duman əleyhinə ensiz işıq-diod faraları ilə birlikdə bamper Edge-nin ön tərəfinin görünüşünün sanballılığını daha da artırıb. Arxa tərəfdə yeni bamper, ovalşəkilli səsboğucu sistemin boruları və işıq-diod stop-siqnalları quraşdırılıb.

İnteryer. Avtomobilin daxili tamamilə yenidən işlənib - əvvəlki iti və düzbucaqlı künclərdən əsər-əlamət qalmayıb. Yeni cihazlar paneli əvvəlki kimi iri deyil və indi alüminium və ağac elementləri ilə birlikdə yumşaq plastikdən hazırlanıb. Bir qədər maili mərkəzi konsol Limited komplektasiyasında audiosistemi və iqlim qurğusunu idarə edən sensor düymələrlə təchiz olunub. İnteryerin üzlük materiallarının keyfiyyəti, fakturası və seçimi xeyli yaxşılaşıb və indi daha yuxarı sinfə mənsub olan avtomobilləri xatırladır. Yeni MyFord Touch sistemini ayrıca qeyd etməyə dəyər, bu sistemin sayəsində sürücünün avtomobillə "ünsiyyəti" daha sadə, təhlükəsiz və intuitiv olaraq asanlıqla başa düşüləndir. Ənənəvi düymələri, dəyişdirici açarları və işarələri yüksək dərəcədə dəqiq görüntülü maye kristallı displey və beş cür vəziyyətli dəyişdirici açarlar əvəz edib. Sürücüyə zəruri olan bütün məlumatlar iri spidometrin (bu, yeganə əqrəbli cihazdır) yan tərəflərində yerləşən 4,3 düymlük iki displeyə və mərkəzi konsolun yuxarı hissəsindəki 8 düymlük sensor ekrana çıxarılır. Ekranda əks olunan məlumatların idarə olunması sükan çarxındakı dəyişdiricilərin vasitəsilə həyata keçirilir. Məlumatların ekranda əks olunması üsulunu və həcmini hər bir sürücü üçün fərdi qaydada dəyişmək mümkündür. Bunun üçün sadəcə düyməni basmaq və ya səs vasitəsilə göstəriş vermək kifayətdir.

Salonun iri daxili məkanına asanlıqla beş nəfəri yerləşdirmək olar, arxa oturacağın 60/40 nisbətində qatlanan kürək hissəsi hamar döşəmənin əmələ gəlməsinə imkan yaradır və baqaj bölməsinin həcmini iki dəfədən çox artırır (Limited komplektasiyasında öndəki sərnişinin oturacağı da qatlanaraq döşəmə ilə bir səviyyədə olur). Yeni modelin xüsusiyyətlərindən biri sərnişinlər üçün maksimum akustik komfortun təmin edilməsidir (qeyd edək ki, mühəndislər bunun üzərində xeyli çalışıblar). İnteryerdə yeni səsudan materiallardan istifadə edilməsi, daha qalın ön şüşənin quraşdırılması, habelə kuzovun cinahlarında və dayaqlarında əlavə səs izolyasiyasının tətbiqi sayəsində salona daxil olan kənar səslərin səviyyəsinin xeyli azaldılmasına nail olunub.

Güc aqreqatları. Edge-nin baza versiyasına 3,5 litr həcmli V6 mühərriki quraşdırılır. İndi onun qüvvəsi 285 at gücü, fırlanma momenti isə 343 Nm təşkil edir. Bu mühərriklə avtomobilin şosedə yanacaq sərfiyyatı 8,9 litr/100 km-dir. Qazbölüşdürmə fazalarının dəyişdirilməsi sistemində iki müstəqil bölüşdürücü valın tətbiqi, mühərrikin gücünün əvvəlki versiyalarla müqayisədə əlavə 20 vahid, fırlanma momentinin isə 4 Nm artmasına, habelə 100 kilometr məsafəyə sərf olunan yanacağa 0,7 litrədək qənaət edilməsinə gətirib çıxarıb.

Yeni avtomobil üçün bir transmissiya nəzərdə tutulub, lakin bu transmissiya komplektasiyadan və mühərrikin tipindən asılı olaraq bir neçə modifikasiyada təklif olunur.

Yeni avtomobilin komplektasiyası. Alıcılara təklif olunan Limited komplektasiyasına bunlar daxildir: salonun dəri üzlüyü, klimat-kontrol (arxa sərnişinlər üçün deflektorlarla), arxa güzgünün isidicisi, maillik bucağına və hündürlüyünə görə tənzimlənən sükan çarxı, açarsız giriş sistemi, çoxfunksiyalı kommunikasiya sistemi MyFord Touch, arxa oturacağın avtomatik qatlanması sistemi EasyFold, öz-özünə tündləşən arxa görüntü güzgüsü, kompas, ikizonalı klimat-kontrol, yağış və işıqlandırma sensoru, parktronik, sükan çarxının və transmissiya selektorunun rıçaqının dəri üzlüyü, peyk radiosu SIRIUS Satelite, çoxsaylı tənzimlənmə imkanları olan qabaq oturacaqlar (sürücü üçün 10, sərnişin üçün 6 cür tənzimləmə imkanı), dəri salon (ön panel ağac materialla işlənib), 12 dinamiklə və HD Radio texnologiyası ilə təchiz olunmuş Sony audiosistemi, səs vasitəsilə idarə edilə bilən FordSYNC əyləncə sistemi, isidilmə ilə təchiz olunmuş bayır güzgülər, arxa görüntü kamerası, damda panoram lyuku, baqaj bölməsinin qapısı üçün elektrik ötürücüsü və 20 düym diametrli xromlanmış təkər diskləri.

Təhlükəsizlik. Modelin yüksək təhlükəsizliyi daşıyıcı konstruksiyalı kuzovun gücləndirilmiş polad karkası vasitəsilə təmin olunur. O, ön və yan tərəflərdən hər cür zərbələrə və avtomobilin aşmasına qarşı müdafiəni təmin etmək üçün xüsusi olaraq optimallaşdırılıb. Passiv təhlükəsizlik avadanlıqları siyahısına ön və yan təhlükəsizlik yastıqları, sərnişinlərin başlarının müdafiəsi üçün yan pərdələr (aşma sensoru ilə) və tarımlayıcıları olan kəmərlər daxildir. Aktiv təhlükəsizliyə görə isə aşmanın qarşısını alma funksiyası ilə təchiz olunmuş dinamik stabilləşdirmə sistemi (AdvanceTrac and Roll Stability Control) və şinlərdəki təzyiqə nəzarət sistemi, habelə adaptiv kruiz-kontrol cavabdehdir. Bunlardan əlavə, avtomobilin idarə olunmasını aşağıdakı sistemlər asanlaşdırır: yoxuşa qalxmaq üçün start götürməyə yardım sistemi (Hill Start Assist), görünməyən zonaların monitorinqi sistemi (BLIS) və qoşquya nəzarət sistemi (Trailer Sway Control).

Yenilənmiş Forg Edge yaraşıqlı üslubu və texnologiyaları ilə seçilir. İstehsalçı yeni Edge-nin sələfinin müsbət keyfiyyətlərini saxlamaqla yanaşı, həm də alıcılara daha ifadəli dizayn, yanacaq baxımından yüksək qənaətcillik və əla idarəetmə imkanı təklif edir. Buraya yeni və keyfiyyətli materialları, öz sinfində ən yaxşı akustik komfortu və yeni MyFord Touch sistemini də əlavə etsək, deyə bilərik ki, yeni avtomobil nəinki əvvəlki modellərin uğurunu təkrarlamaq, həm də orta ölçülü krossoverlərin populyarlıq reytinqinin yüksək pillələrində uzun müddət qalmaq şansına malikidir.

"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)

Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,

E-mail: [email protected]

Rəsmi sayt: www.ford.az

Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti