...

Vergilər Nazirliyi: Azərbaycanda yoxlamaların tənzimlənməsi üzrə yeni qayda vergilərin könüllü ödəniş səviyyəsini yüksəldəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 17:03 (UTC +04:00)
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev hesab edir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qüvvəyə minməsi vergilərin könüllü ödəniş səviyyəsini yüksəldəcək.
Vergilər Nazirliyi: Azərbaycanda yoxlamaların tənzimlənməsi üzrə yeni qayda vergilərin könüllü ödəniş səviyyəsini yüksəldəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev hesab edir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qüvvəyə minməsi vergilərin könüllü ödəniş səviyyəsini yüksəldəcək.

Musayev Trend-ə bildirib: "Qanun sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almağa hədəflənib. Onda yalnız vergi yoxlamaları ilə bağlı istisna var ki, o da Vergi Məcəlləsi ilə tənzimlənir. Bununla belə, qanunun tətbiqi vergilərin könüllü ödəniş səviyyəsinin artmasına təsir edəcək".

Onun sözlərinə görə, vergi ödəyicilərinin, sahibkarların fəaliyyətinə müdaxilənin məhdudlaşdırılması, maneəsiz iş üçün şəraitin yaradılması vergilərin könüllü ödənişi ilə bağlı vəziyyətin yaxşılaşmasına gətirib çıxarır. Bu, vergi ödəyicilərinin öz gəlirlərini elan etməsi, vaxtında vergi bəyanatlarını təqdim etməsi və vergiləri ödəməsi üçün stimul yaradır.

Musayevin fikrincə, yeni qanunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycana "Doing Business-2014" hesabatında da öz mövqeyini yaxşılaşdırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti