...

Azərbaycan əhalisinin gəlirləri il ərzində 6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 15:18 (UTC +04:00)
Cari ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin hər nəfərinə düşən gəlirlər 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 2376,2 manat və ya orta hesabla ayda 297,0 manat təşkil edib.
Azərbaycan əhalisinin gəlirləri il ərzində 6 faiz artıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Cari ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin hər nəfərinə düşən gəlirlər 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 2376,2 manat və ya orta hesabla ayda 297,0 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,8 faiz bəndi üstələyərək 6,0 faiz olub.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 22,0 milyard manatlıq gəlirin 68,7 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 20,6 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 20,0 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,5 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti