...

“Bank Technqiue” Bakıda daha iki şöbə açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2013 17:05 (UTC +04:00)
“Bank Technqiue” xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədi ilə Bakı şəhərində daha iki yeni şöbəsini açıb.
“Bank Technqiue” Bakıda daha iki şöbə açıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend /

"Bank Technqiue" xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədi ilə Bakı şəhərində daha iki yeni şöbəsini açıb.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, "İnşaatçılar" və "Neftçilər" adlandırılan yeni şöbələr, müvafiq olaraq, Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küç., "E" və Nizami rayonu, Q.Qarayev pr., 115/9 ünvanlarında yerləşir. Bu şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətinin asanlıqla, vaxt itkisinə məruz qalmadan həll etmələrinə imkan yaradacaqdır.

Şöbələrin yerləşdiyi nöqtələri bankın saytındakı "İnteraktiv xəritə" vasitəsilə məyyən etmək olar.

Hazırda Bankın xidmət şəbəkəsi 32 filial və 8 şöbəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti