...

“AtaBank"ın internet səhifəsində POS-terminalların siyahısı yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

"AtaBank" ASC-nin internet səhifəsinin xidmətlər bölməsində bankın Azərbaycanda fəaliyyət göstərən POS-terminallarının siyahısı əlavə edilib. Bu barədə Trend-ə çərşənbə axşamı bankdan məlumat verilib.

Hələlik siyahıda Azərbaycanın iri şəhər və rayonları daxil olmaqla, 2988 xidmət göstərən POS-terminalların yerləşdirildiyi ünvanlar göstərilib. Yaxın zamanlarda siyahıda bankın ticarət obyektlərində yerləşdirdiyi bütün POS-terminalların yerləşdiyi ünvanlar yer alacaqdır. "AtaBank" ASC Azərbaycanda ən böyük POS-terminal şəbəkəsinə malik olan kommersiya bankıdır. Belə ki, bank indiyə qədər ticarət obyektlərində 10 000-ə yaxın POS terminal quraşdırmışdır. Bu da bütün banklar tərəfindən ölkə üzrə ticarət və xidmət obyektlərində quraşdırlmış cəmi POS-terminalların təxminən 30%-nə bərabərdir.

Post terminalların yerləşdirildikləri ünvanların saytda göstərilməsi müştərilərə bankın cari ilin əvvəlində start verdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyasında daha fəal iştirak etməyə imkan verəcək. "AtaBank" ASC 01 mart 2013-cü il tarixdən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsi 01 mart 2013-ci il tarixindən 31 dekabr 2013-ci il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti