...

“PAŞA Həyat” istehsalatda baş vermiş iki sığorta hadisəsinə görə 46 min manata yaxın birdəfəlik ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2013 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend /

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli iki ödənişini həyata keçirib. Bu barədə Trend-ə çərşənbə günü şirkətdən məlumat verilib.

Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "PAŞA Həyat" tərəfindən iki sığortalı müəssisənin işçiləri ilə əlaqədar istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 46 min manata yaxın müvafiq sığorta ödənişi edilib.

Belə ki, şirkət tərəfindən istehsalat zamanı vəfat edən bir şəxsin ailəsinə 13,031 min manat, istehsalat zamanı ciddi xəsarət alaraq əmək qabiliyyətini 100 faiz itirən digər işçiyə isə 32,944 min manat həcmində birdəfəlik ödənişlər verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat"da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar-sentyabr aylarında (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 511 min manatdan çox sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312 mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti