...

DSMF sədri Tovuz rayonunda icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 11:19 (UTC +04:00)
Azərbaycan Respublikası DövlətSosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov sentyabrın 26-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
DSMF sədri Tovuz rayonunda icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Respublikası DövlətSosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov sentyabrın 26-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Trend-in məlumatına görə, qəbulda Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar iştirak ediblər.Qəbula gəlmiş vətəndaşların DSMF-nin həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla FondunTovuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub. Qəbul "Açıq qapı" şəraitində keçirilib və qəbula gələn bütün vətəndaşların müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin bir qismi pensiyaların yenidən hesablanmasının bir sira hüquqi aspektləri (əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi) bağlı məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.

Ümumilikdə bütün müraciətlər operativ qaydada araşdırılib və onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti