...

Azərbaycanlı sahibkarlar Gürcüstanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2013 10:29 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 12-14 noyabr tarixlərində "Elcom Caucasus 2013" beynəlxalq sərgisi keçiriləcəkdir.
Azərbaycanlı sahibkarlar Gürcüstanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Əliyev/

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 12-14 noyabr tarixlərində "Elcom Caucasus 2013" beynəlxalq sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, sərgi energetika, kommunikasiya və bərpa olunan enerji mənbələri və digər sahələri əhatə edir.

Sərgi haqqında ətraflı məlumatları AZPROMO-nun Gürcüstan nümayəndəliyindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti