...

Qazaxıstanın arqoholdinqi Azərbaycan biznesini əməkdaşlığa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 16:42 (UTC +04:00)
Qazaxıstanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "KazAqro" holdinqi azərbaycanlı sahibkarları əməkdaşlığa dəvət edir.
Qazaxıstanın arqoholdinqi Azərbaycan biznesini əməkdaşlığa dəvət edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Əliyev/

Qazaxıstanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "KazAqro" holdinqi azərbaycanlı sahibkarları əməkdaşlığa dəvət edir. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Qazaxıstanın "KazAqro" holdinqinə daxil olan şirkətlərin siyahısı.

1. "Aqrar kredit korporasiyası" - məqsədi ASK subyektlərinin asan kredit əldə etməsinin inkişaf etdirilməsi yolu ilə aqrar sahənin sənayeləşməsi və diversifikasiyasını təmin etmək.

2. "Kənd təsərrüfatının maliyyə dəstəklənməsi fondu" - məqsədi kənd yerlərində səmərəli mikromaliyyələşdirmə sistemin inkişaf etdirilməsi yolu ilə kənd təsərrüfatı müəssisələrinin inkişafı və əhalinin rifahının yüksəldilməsi.

3. "KazAqroQarant" - məqsədi ASK subyektlərinin öz ohdəliklərinin yerinə yetirilməsinin təminatının inkişaf etdirilməsi yolu ilə aqrar sektora investisiya cəlb edilməsinin inkişafı.

4. "KazAqroMarketinq" - məqsədi müəssisələri yerli və xarici bazarlarla bağlı lazımi informasiya ilə təmin etmək və onlara marketinq və məsləhət xidmətləri ğöstərməklə kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliyinin artərəlması.

5. "Qida müqavilə korporasiyası" Milli şirkəti - məqsədi taxıl resurslarının səmərəli idarə edilməsi bu sahənin ixrac infrastrukturunun inkişaf etdirilməsi yolu ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili taxıl bazarının stabilləşdirilməsi və Qazaxıstan taxılının ixrac potensiyalının inkişaf etdirilməsi.

6. "KazAqroFinans" - məqsədi kənd təsərrüfatı texnikalarının, heyvanların və s. lizinq yolu ilə alınması və digər layihələrin maliyələşdirilməsi yolu ilə kənd təsərrüfatında idxal əvəz edən və ixrac yönümlü layihələrin maliyələşməsi.

7. "KazAqroOnim" - məqsədi heyvandarlıq sahəsinin istehsalına və ixracına dəstək ğöstərməklə ərzaq təhlükəsizliyinin təmini və heyvandarlıq sahəsinin ixrac potensiyalının inkişafı.

Ətraflı məlumat üçün: kazagro.kz/ru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti