...

Mərkəzi Bank və Dünya Bankı əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 20:29 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunda maliyyə sektoru və özəl sektorun inkişafı üzrə meneceri xanım Aurora Ferrarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bank və Dünya Bankı əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunda maliyyə sektoru və özəl sektorun inkişafı üzrə meneceri xanım Aurora Ferrarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda maliyyə sektoru və özəl sektorda həyata keçirilən proqramların cari vəziyyəti və bu sahələrdə gələcək tərəfdaşlıq prioritetləri müzakirə edilib.

E.Rüstəmov Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinə çıxış imkanları və bank sektorunun inkişafı istiqamətində aparılan işlər barədə məlumat verib.

Öz növbəsində, A.Ferrari DB-nin Azərbaycanla maliyyə və digər strateji sahələr üzrə əməkdaşlığından məmnun olduğunu bildirərək ölkədə inkişaf proqramlarının uğurla davam etdirildiyini qeyd edib. O, həmçinin təmsil etdiyi təşkilatın Mərkəzi Bankla əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşdə AMB ilə Dünya Bankı arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti