...

“AtaBank” sahibkarlara 12,260 milyon manat güzəştli kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 11:14 (UTC +04:00)
“AtaBank” ASC sentyabrın 27-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində təşkil edilmiş " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştrak edib.
“AtaBank” sahibkarlara 12,260 milyon manat güzəştli kredit verib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

"AtaBank" ASC sentyabrın 27-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində təşkil edilmiş " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştrak edib. Bu barədə Trend-ə bankdan çərşənbə günü daxil olan məlumatda deyilir.

Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. 2013 il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 12,260 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına təqribən 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, "AtaBank" 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 68 milyon manat güzəştli kredit verilib. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti