...

"MasterCard" və Azərbaycan Beynəlxalq Bankından UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 18:28 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) və "MasterCard" yeni lotereya kampaniyasına başlayırlar.
"MasterCard" və Azərbaycan Beynəlxalq Bankından UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) və "MasterCard" yeni lotereya kampaniyasına başlayırlar. Kampaniyanın qalibləri UEFA Çempionlar Liqasının 10 dekabr 2013-ci ildə Türkiyədə keçiriləcək "Qalatasaray"- "Yuventus" oyununa dəvətnamə, övladları isə ulduz futbolçularla sıra düzülüşünə çıxmaq imkanını qazanacaqlar.

Lotereyada 1-31 oktyabr 2013-cü il tarixləri arasında Azərbaycanda və xaricdə alış-veriş zamanı POS terminallarda və ya internetdə (elektron ticarət) "Maestro" və ya "MasterCard" tipli kartlardan istifadə edən kart sahibləri iştirak edirlər. Bu kartlar vasitəsilə edilmiş hər bir ödəniş əməliyyatına 1 müvafiq identifikasiya nömrəsi verilir və bu nömrələrin hər biri 1 uduş şansına malik olan virtual (elektron) lotereya biletlərinə bərabər sayılır. Hər hansı nağd əməliyyatlar, o cümlədən ATM-lərdən nağd pulun çıxarılması üzrə əməliyyatlar kampaniyada iştirak etmir.

Lotereyanın qalibləri hədiyyə paketləri alacaqlar. Hər bir paketə "Qalatasaray" - "Yuventus" oyununa iki ədəd dəvətnamə (biri qalib, digəri isə qalibi müşayiət edən uşaq üçün), iki nəfərlik bir gecəlik hotel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir.

Uduş fondu üç ədəd hadiyyə paketindən ibarətdir. Lotereyanın 3 qalibi olacaq və onların adları 7 noyabr 2013-cü il tarixində xüsusi proqram vasitəsilə, təsadüfi seçim prinsipi ilə müəyyən edilərək, 8 noyabr 2013-cü il tarixində "MasterCard" şirkətinin rəsmi veb-səhifəsində elan olunacaq (www.mastercard.com).

Kampaniya ilə bağlı hər hansı suala cavab tapmaq üçün (+99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün) nömrələri ilə Azərbaycan Beynəlxalq Bankının Məlumat Mərkəzinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti