...

Şəki rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2013 18:10 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunun Aşağı Laysqı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Şəki rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Əliyev/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunun Aşağı Laysqı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir çörək zavodunun yaradılması;

- müasir quşçuluq təsərrüfatının yaradılması;

- kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Məqalədə:
Xəbər lenti

Xəbər lenti