...

Amerika Ticarət Palatası Bakıda bal təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2013 20:21 (UTC +04:00)
Amerika Ticarət Palatasının (AmCham) hər il palatanın üzvləri üçün Bakıda təşkil etdiyi növbəti ağ-qara bal keçirilib.
Amerika Ticarət Palatası Bakıda bal təşkil edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Amerika Ticarət Palatasının (AmCham) hər il palatanın üzvləri üçün Bakıda təşkil etdiyi növbəti ağ-qara bal keçirilib.

Palatadan cümə axşamı Trend-ə verilən məlumata görə, sözügedən tədbir AmCham-ın sosial təqvimində əhəmiyyətli hadisələrdən biridir və balın builki mövzusu "Vogue" jurnalı olub. Zərifliklə dolğun tədbirdə "Jan" modalar atelyesinin yeni kolleksiyası və "Ant Hill"dən "Faro" zinət əşyaları nümayiş olunub, musiqi və rəqslər isə əyləncə axşamına xüsusi rəng qatıb.

"Fairmont Baku Flame Towers" hotelində təşkil olunmuş balda bir sıra səfirlər və yüksəkvəzifəli şəxslər, o cümlədən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar xanımı ilə, ümumiyyətlə isə 551 nəfər qonaq iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı xanım Feyt Morninqstar bildirib: "Tədbir yüksək səviyyədə təşkil olunub. Bütün bal iştirakçıları dəbdəbəli görünürdü, foyedəki dekorasiyalar çox sensasiyalı, zaldakı video - əyləncəli, yemək - ləzzətli, moda nümayişi - maraqlı idi. Hesab edirəm ki, tədbir iştirakçıları vaxtlarını yaxşı keçirdilər. Ümumiyyətlə, balın hər il olduğu kimi xüsusi ab-havası var idi".

Qeyd edək ki, tədbirin qızıl sponsorları qismində "Nar Mobile" və "Pasha Bank", gümüş sponsorlar qismində "Baker Hughes" və "Ant Hill"dən "Faro", bürünc sponsorlar qismində isə "Lufthansa" və "JW Marriott", "Philosophy" və "Jumeirah Bilgah Beach", "Holcim" (Azerbaijan) və "PricewaterhouseCoopers" (PwC) şirkətləri çıxış edib. Ümumiyyətlə, sponsorlar sırasına "Chevron", "Fairmont Baku", "Hilton Baku", "Hyatt Hotels Baku", "The Landmark Hotel Baku", "JW Marriott Absheron Baku", "Excelsior Hotel", "Ambassade de la Beaute", "Zadig & Voltaire", "Kempinski Hotel Badamdar Baku" və "Indian Clinic" daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti