...

Azərbaycanda yeni yaradılmış müəssisələrin yarıdan çoxu paytaxtda qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2013 23:28 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam edib.
Azərbaycanda yeni yaradılmış müəssisələrin yarıdan çoxu paytaxtda qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeydiyyatdan keçmiş 5152 müəssisə və təşkilatın 165-i dövlət mülkiyyətinə, 4493-ü xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 388-i tam xarici investisiyalı və 103-ü birgə müəssisələrə aid olub.

Yeni müəssisələrin 55,5 faizi Bakıda, 14,2 faizi Aran, 7,7 faizi Gəncə-Qazax və 7,6 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

2013-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, fərdi sahibkarların sayı 452 mindən çox olub. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti