...

"Bolkart"ın "facebook" səhifəsində foto-şarj aksiyasına start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 17:54 (UTC +04:00)
“Bank of Baku” "Bolkart"ın dövriyyəyə buraxılmasının iki illiyi münasibətilə www.facebook.com/Bolkart səhifəsində yeni aksiyaya start verib.
"Bolkart"ın "facebook" səhifəsində foto-şarj aksiyasına start verilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Bank of Baku" "Bolkart"ın dövriyyəyə buraxılmasının iki illiyi münasibətilə www.facebook.com/Bolkart səhifəsində yeni aksiyaya start verib.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın əsas ideyası "Bolkartla ən yaddaqalan alış-veriş" mövzusu üzərində qurulub. Aksiyada iştirakçı olmaq istəyən hər "Bolkart" sahibi öz fotosunu elektron poçtla bankın [email protected] ünvanına göndərməlidir. Fotoda kart sahibinin özü, kartla aldığı məhsul və sahibi olduğu "Bolkart" kredit kartı əks olunmalıdır. Bu şərtə əməl edib fotosunu ən tez göndərən ilk 100 nəfər "Bolkart" sahibi müəyyən edilib hədiyyə alacaq.

Aksiya üçün cəlb edilmiş peşəkar rəssam "Bolkart" sahiblərinin fotolarını orijinal tərzdə bəzəyib yaraşıqlı şarj çəkəcək. Daha sonra bu şarj istirakçıya göndəriləcək. Şarj iştirakçının "facebook" səhifəsində yerləşdirilməli və 1 həftə ərzində səhifədə qalmalıdır. Şarj bankın "facebook" səhifəsində də yerləşdiriləcək. Bu vaxt kəsiyində şarjı ən çox "like" toplamış (bəyənilmiş) aksiya iştirakçısı şarjdan əlavə hədiyyə də alacaq.

Daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti