...

gobustone ilə sürətli və keyfiyyətli tikinti (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2013 11:19 (UTC +04:00)
gobustone hörgü bloklarından divar hörgüsü canlı olaraq "Bakubuild-2013" sərgisində nümayiş olunacaq.
gobustone ilə sürətli və keyfiyyətli tikinti (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

gobustone hörgü bloklarından divar hörgüsü canlı olaraq "Bakubuild-2013" sərgisində nümayiş olunacaq. "Sürətli və keyfiyyətli tikinti" süarı ilə sərgidə nümayiş olunan gobustone stendində ziyarətçilər tikinti prosesinin mühüm dərəcədə tezləşməsinin şahidi olacaqlar. Bu barədə Trend-ə "AAC" şirkətindən çərşənbə günü bildirilib.

"Dörd gün boyunca davam edən sərgi zamanı stendə baş çəkən hər kəs tikinti işlərini gobustone blokları vasitəsilə qısa zaman ərzində bitirmənin mümkün olduğunun şahidi olacaqlar"- deyə "AAC" şirkətinin baş direktoru İsrail Asaliyev bildirib.

gobustone hörgü blokları hər il "Bakubuild" sərgisində iştirak edir. Bu sərgi ölkəmizdə tikinti sektorunun inkişafına mühüm tövfədir, çünki şirkətləri müxtəlif yeniliklər tətbiq etməyə stimullaşdırır. "Bu sərgi bizə istehlakçilarla birbaşa əlaqə qurmaq və gələcək müştərilərlə tanış olmaq imkanı verir", deyə şirkətin baş direktoru İsrail Asaliyev bildirir.

Sərginin ikinci günü (24 oktyabr) Türkiyədən texniki konsultant Erhan Arioz gobustone hörgü blokalarının xüsusiyyətləri və üstünlüklərini ziyarətçilərlə paylaşacaq.
Tikintiyə yenilik gətirən gobustone stendinin özünəməxsusluğu bütün pavilyonun şirkətin öz məhsulları olan hörgü blokları ilə quraşdırılmasıdır."Ümid edirik ki, ətraf mühitin dostu olan gobustone hörgü blokları hazırda doğurduğu maraqla ölkəmizdə "yaşıl" binaların sayını artıracaq"- deyə İ. Asaliyev bildirib.

Qeyd edək ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi və digər obyektlərin inşasında istifadə olunmuşdur.

19-cu Azərbaycan Beynəlxalq "Bakubuld" sərgisi 23-26 oktyabr "Baku Expo" mərkəzdə keçiriləcək.

Xatırladaq ki, "AAC" şirkəti Almaniyanın "Wehrhahn" firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında hazırlanan məsaməli beton bloklarını istehsal edir. Məsaməli beton bloklar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur.

"AAC" müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. gobustone məsaməli hörgü bloklarının istehsalçısı "AAC" müasir tikinti materialları zavodu "Synergy Group"a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti