...

STS İnternational şirkətində İSO 9001:2008 keyfiyyət standartının tətbiqinə start verilmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 10:00 (UTC +04:00)
"STS International LLC" şirkəti 2012-ci ildə yaranıb və Azərbaycan Respublikasının ərazisində "Chevron Lubricants" şirkətinin rəsmi distribüteri olaraq və onun maraqlarını təmsil edərək Azərbaycan bazarına yüksək keyfiyyətli sürtkü materiallarının çatdırılması sahəsində lider olmağa çalışır.
STS İnternational şirkətində İSO 9001:2008 keyfiyyət standartının tətbiqinə start verilmişdir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"STS International LLC" şirkəti 2012-ci ildə yaranıb və Azərbaycan Respublikasının ərazisində "Chevron Lubricants" şirkətinin rəsmi distribüteri olaraq və onun maraqlarını təmsil edərək Azərbaycan bazarına yüksək keyfiyyətli sürtkü materiallarının çatdırılması sahəsində lider olmağa çalışır.

"Chevron", öz növbəsində, bu gün üçün ən böyük elmi ağırlıq şirkətlərindən biridir. Fəaliyyəti bütün sahələri əhatə edir və yüksək keyfiyyətli məhsul istehsal edərək dünya bazarında rəqabət apara bilən şirkətdir. Bilavasitə sürtkü materiallarının istehsalı ilə məşğul olan ABŞ korporasiyası "Chevron Lubricants" şirkəti nəticəsində artıb.

2STS International" müasir keyfiyyət standartlarına uyğunluğunu qarşısına məqsəd qoyub. Bununla bağlı 11 oktyabr 2013-cü ildə "STS International" və AQS şirkəti müqavilə imzalayaraq ISO 9001:2008 standartına əsasən keyfiyyət sisteminin tətbiqi üzrə işə başlayıblar. ISO 9001:2008 keyfiyyət sistemidir və bütün dünyada yüksək nüfüza sahibdir.

Hər bir nəqliyyat vasitəsi sürtkü maddələri ilə ayrılmaz əlaqəlidir. "STS International" şirkəti təcrübəli mütəxəssislərə yalnız yüksək keyfiyyətli və orijinal məhsulları almağı təklif edir. Onu da unutmaq lazım deyil ki, nəqliyyat vasitəsinin xidmət müddəti sürtkü materialından tam asılıdır. "STS International" şirkəti layihə çərçivəsində hədəfi optimallaşdırma və proseslərin sistemləşdirilməsi üçün mütəxəssislərə təlimlər keçirməyi planlaşdırır.

Həmçinin qeyd edək ki, "STS International" şirkəti bir sıra sürtkü materialları üçün yeni standartların və normativ bazanın implementasiyasını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti