...

Azərbaycanda 190 kq-a yaxın istehlaka yararsız məhsul məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 10:30 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın bir sıra şəhər və rayonlarındakı mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Azərbaycanda 190 kq-a yaxın istehlaka yararsız məhsul məhv edilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın bir sıra şəhər və rayonlarındakı mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən daxil olan məlumatda deyilir.

Məlumatda deyilir ki, Bakının Yasamal, Abşeron, Binəqədi rayonlarında, habelə Ağstafa, Quba şəhərlərində, Ağdaş rayonunda fizki şəxslərə məxsus bir neçə mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib.

Ümumilikdə, monitorinqlər zamanı 190 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Dövlət Xidməti tərəfindən istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti