...

"TuranBank" nizamnamə kapitalını 10 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 19:00 (UTC +04:00)
"TuranBank" ASC nizamnamə kapitalını artırmaq məqsədi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 4 milyon 154 manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin qeydiyyata alınması prosesinə başlayıb.
"TuranBank" nizamnamə kapitalını 10 faiz artırır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Əliyev/

"TuranBank" ASC nizamnamə kapitalını artırmaq məqsədi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 4 milyon 154 manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin qeydiyyata alınması prosesinə başlayıb. Bu barədə çərşənbə axşamı bankdan Trend-ə bildiriblər.

Qeydiyyatdan sonra səhmlərin emissiya prospekti Bakı Fond Birjasında yerləşdiriləcək.

Hazırda bankın nizamnamə kapitalı 45,9 milyon manatdır. Bununla da emissiyanın yerləşdirilməsindən sonra onun həcmi 50 milyon manat olacaq.

Bankdan deyiblər ki, bankın nizamnamə kapitalının vaxtaşırı artması "TuranBank" ASC-nin 2012-ci il sentyabrın 7-də keçirilən səhmdarların ümumi yığıncağının qərarına əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti