...

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 19:30 (UTC +04:00)
Oktyabr ayının 23-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 13A, mənzil 25 ünvanında yerləşən, fiziki şəxs Şahverənov Elnur Xanhüseyn oğlunun icarəyə götürdüyü “Optimal” kosmetika və parfümeriya mağazında əmlakın siyahıya alınması həyata keçirilmişdir.
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabr ayının 23-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 13A, mənzil 25 ünvanında yerləşən, fiziki şəxs Şahverənov Elnur Xanhüseyn oğlunun icarəyə götürdüyü "Optimal" kosmetika və parfümeriya mağazında əmlakın siyahıya alınması həyata keçirilmişdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, mağazanın fəaliyyəti araşdırılarkən, onun 1724 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməmişdir. Cari ilin oktyabr ayında Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi mağazadakı əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və 1790 manatlıq müxtəlif növ parfümeriya ləvazimatları müəyyən edilmiş qaydada siyahıya alınmışdır.

Həmin gün Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanda yerləşən fiziki şəxs Tağıyev Mahir Sərdar oğluna məxsus "Perfetto" yeməkxanasında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir. Mağazanın 1690 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və 2 min manatlıq mebel dəstləri müəyyən edilmiş qaydada siyahıya alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti