...

Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 13:01 (UTC +04:00)
Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan və Türkiyənin dövlət qurumlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Forumda Azərbaycanda bir çox sahələrdə Türkiyə şirkətlərinin, eləcə də Türkiyədə Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yerdə durur. Türkiyədən Azərbaycana da son on ildə böyük həcmdə investisiya yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti