...

Azərbaycanda iri yol layihəsi çərçivəsində podratçı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 10:56 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Qala-Pirallahı avtomobil yolunun üç hissəsinin tikintisi zonasına düşən əmlak obyektlərinin kadastr planlarının tərtibi üzrə "DASHKAD" MMC ilə müqavilə imzalayıb.
Azərbaycanda iri yol layihəsi çərçivəsində podratçı müəyyən edilib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Əliyev/

Əmlak Məsələləri Dövlət Komitəsi Qala-Pirallahı avtomobil yolunun üç hissəsinin tikintisi zonasına düşən əmlak obyektlərinin kadastr planlarının tərtibi üzrə "DASHKAD" MMC ilə müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda yayılan məlumatda bildirilir.

Qala-Pirallahı yolu Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi avtomobil yolu ilə birləşdirilir. Görülən işlər avtomobil yolunun ikinci, üçüncü və dördüncü hissəsini əhatə edir.

Müqavilə, həmçinin kadastr planlarının çıxarışlarının verilməsi ilə əlaqədar geodeziya ölçmələri və texniki inventarizasiyanın keçirilməsini nəzərdə tutur. Məlumatda bildirilir ki, şirkət cari ilin oktyabrında keçirilən təkliflər sorğusunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti