...

"Azərbaycan Beynəlxalq Bankı"nın müştəriləri kreditlə İstanbulda daşınmaz əmlak ala biləcəklər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 14:01 (UTC +04:00)
Trend-in məlumatına görə, birgə layihənin təqdimatı cümə axşamı Bakıda keçirilib.
"Azərbaycan Beynəlxalq Bankı"nın müştəriləri kreditlə İstanbulda daşınmaz əmlak ala biləcəklər (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Əliyev/

"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) VIP müştəriləri ABB, "Akbank" (Türkiyə) və "Viartrans-Meydanbey" şirkətinin birgə layihəsi çərçivəsində İstanbulda Qusar yaşayış kompleksində kreditlə daşınmaz əmlak əldə edə biləcəklər.

Trend-in məlumatına görə, birgə layihənin təqdimatı cümə axşamı Bakıda keçirilib.

Kompleksin satış üzrə meneceri Erdem Kovalak təqdimat mərasimində bildirib ki, Qusar kompleksi 257 mənzil, 58 ofis, 4 kafe, 17 mağaza və ümumi istifadə üçün 4,3 min kvadratmetr sahədən ibarətdir: "Kompleksdə daşınmaz əmlak əldə etmək istəyən azərbaycanlı müştərilər çevik kredit şərtlərindən istifadə edə biləcəklər və endirim qazanacaqlar".

Onun sözlərinə görə, tikintisinin təşəbbüsü "Fairmont" hotellər şəbəkəsi tərəfindən irəli sürülən kompleks hotel, iş mərkəzi və apartamentlərdən təşkil olunacaq: "Kompleks 2015-ci ilin sonunda istismara veriləcək. Hotel 2016-cı ilin əvvəlindən fəaliyyətə başlayacaq. Bir kvadratmetr yaşayış sahəsinin qiyməti 6,6 min dollardan başlayır. Tikintidən sonra qiymətlər 10-20 faiz artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti