...

Azay Quliyev: Azərbaycanda mənzil-kommunal təsərrüfatının funksiyalarını bələdiyyələrə vermək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 19:09 (UTC +04:00)
Gələn il Azərbaycanda mənzil-kommunal təsərrüfatının ehtiyaclarını ödəmək üçün 457 milyon manat ayırmaq planlaşdırılır.
Azay Quliyev: Azərbaycanda mənzil-kommunal təsərrüfatının funksiyalarını bələdiyyələrə vermək lazımdır

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Gələn il Azərbaycanda mənzil-kommunal təsərrüfatının ehtiyaclarını ödəmək üçün 457 milyon manat ayırmaq planlaşdırılır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Milli Məclisin deputatı Azay Quliyev parlamentdə 2014-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib:

"Hamıya məlumdur ki, mənzil-kommunal istismar idarələrinin göstərdiyi xidmətin səviyyəsi və keyfiyyəti qənaətbəxş deyil və ya aşağıdır. Hesab edirəm ki, onlara ayrılan vəsaitlərin səmərəliliyini yenidən nəzərdən keçirmək və daha rasional yanaşma barədə düşünmək lazımdır".

Millət vəkilinin fikrincə, mənzil-kommunal istismar idarələri ləğv edilməlidir: "Hesab edirəm ki, onların funksiyası bələdiyyələrə verilməlidir. Bu, həmçinin özünüidarəetmə orqanlarına zəruri dəstək verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti