Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir R. Hafizoğlu/
Türkiyənin investisiyaya olan tələbatı 118 milyard dollar təşkil edir. Trend-in bazar ertəsi "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatının artması ilə əlaqədar investisiya qoyuluşlarına tələbat çoxalır, xüsusilə buna enerji sektorunda ehtiyac duyulur.
T. Yıldız vurğulayıb ki, Türkiyədə enerji sektorunun inkişafı ilə paralel olaraq iri beynəlxalq şirkətlər cəlb edilməlidir.