...

Sürət - təhlükəsiz deyil (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 11:50 (UTC +04:00)
Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sürət - təhlükəsiz deyil (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələr ən çox sürət həddinin aşılması nəticəsində baş verib. Faciəli yol-nəqliyyat hadisəsinin ən yayılmış səbəbi - sürətin aşılmasıdır.

Müasir dövrə yol hərəkətinin təhlükəsizliyin təmin olunması əhəmiyyətli məsələlərdən biridir, və bu problemin həllində uyğun olan dövlət orqanları, ictimai birləşmələr və əmək kollektivləri iştirak edir.

A-Qroup Sığorta Şirkəti yol nəqliyyat hadisələri zamanı insanların həyatlarını qorumaq, YNH-nin və onların neqativ nəticələrinin qarşısının alınması üçün orijinal yol nişanları hazırlayıb. Əsas yollarda quraşdırılmış yol nişanları vasitəsilə biz sürücüləri diqqətli və məsuliyyətli olmağa, sürət həddini aşmamağa, eləcə də yol hərəkəti qanunlarına riayət etmələrinə çağırırıq. 5 km fərq belə hadisə nəticəsinin yaxşı tərəfə yönəltməyə kifayət edir.

A-Qroup Sığorta Şirkəti 1995-ci ildə təsis edilmişdir. Hal-hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir. A-Qroup Korporativ idarəetmə layihəsinin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti