Şahin Mustafayev: Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və regionda mühüm tranzit mərkəzidir (FOTO)

Şahin Mustafayev: Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və regionda mühüm tranzit mərkəzidir (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Noyabrın 19-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı Baş Qərargahında Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak ediblər.

"Azərbaycan Günü" ölkəmizə dair video çarxın nümayiş olunması ilə başlanıb.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbirin məqsədinin Azərbaycanın bu günü, onun sosial-iqtisadi inkişafı, mədəniyyəti, tarixi və musiqisi barədə məlumat vermək olduğunu vurğulayıb. Qeyd edilib ki, 22 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə dinamik iqtisadi inkişafa nail olub, bütün sahələrdə köklü islahatlar apararaq bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Dünyada nüfuzu davamlı olaraq artan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvü, Davos İqtisadi Forumunun, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, "Avroviziya" müsabiqəsinin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. 2015-cü ildə isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, investorların ölkəmizə marağı artmaqda davam edir.

Ş.Mustafayev Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, milli, dini və irqi tolerantlığı ilə seçildiyini, ölkəmizdə siyasi kataklizmlərin mövcud olmadığını, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmədiyini, onların hüquqlarının etibarlı qorunduğunu qeyd edib. Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran nazir son 10 ildə ÜDM-in 3,4 dəfə, adambaşına ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulayıb. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5%-ə enib. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70%-dən çoxunu təşkil edir. İqtisadiyyatın diversifikasiyası siyasəti davam etdirilir və artıq qeyri-neft sektoru neft sektorunu üstələyir:

"Xarici dövlət borcu ÜDM-in 8,3%-ni təşkil edir və strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfəyədək çoxdur. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlib və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri "Standart & Poor's", "Fitch Ratings" və "Moody's" beynəlxalq iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirib. Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb".

Ş.Mustafayev qeyd edib ki, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollar investisiya qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır:

"Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Biznes mühitinin davamlı inkişafı məqsədilə inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunub, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülüb. Bu gün ÜDM-də özəl sektorun payı 80%-i ötüb, geniş sahibkar təbəqəsi formalaşıb. Nəticədə "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib, hesabatda davamlı olaraq öz mövqelərini qoruyub. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək.

Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir və bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə ölkəmizdə 6 beynəlxalq hava limanı istifadəyə verilib, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulub, Gəmiqayırma Zavodu istismara verilib. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcək. Bütün bunlarla yanaşı, Azərbaycan yüksək ixtisaslı mütəxəssislərə, zəngin mədəniyyətə, musiqiyə, mətbəxə, yüksək qonaqpərvərlik ənənələrinə, gözəl təbiətə malikdir".

Nazir Azərbaycanın əldə etdiyi nailiyyətlərlə kifayətlənmədiyini, ölkəmizin inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaq. Bu hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkə təqdimatı ilə, Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Azərbaycanda antikorrupsiya siyasətinin inkişafı" mövzusunda, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ tərəfindən həyata keçirilən layihələrə, "Holcim-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov şirkətin, "Bakı Gəmiqayırma Zavodu" MMC-in baş meneceri David Loh "Keppel"in, "CNIM Azərbaycan" MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta şirkətin, AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn isə bankın Azərbaycandakı fəaliyyətinə dair çıxış ediblər.

AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, AYİB qərargahında "Azərbaycan Gün"ünün keçirilməsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Nazir Ş.Mustafayev AYİB-in Baş Qərargahında "Azərbaycan Günü"nün keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə, Avropa Azərbaycan Cəmiyyətinə, xüsusilə də AYİB-in rəhbərliyinə təşəkkür edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları AYİB-in Baş Qərargahının foyesində Azərbaycan məhsulları ilə tanış olub, onlara Azərbaycanın kulinariya nümunələri və milli musiqimiz təqdim edilib, ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanıb.

Tədbir çərçivəsində iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev AYİB prezidenti Suma Çakrabarti və bankın Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Dekam ilə görüşüb, bankla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Bütün xəbərlər