...

Bu ilin 10 ayı ərzində ARDNŞ-nin dövlət büdcəsinə ödənişləri 114,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 15:06 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin oktyabr ayında dövlət büdcəsinə 138 milyon 976 min manat vəsait ödəyib ki, bu da ötən ilin oktyabr ayına nisbətən 12 milyon 920 min manat və ya 110,2 faiz çox olub.
Bu ilin 10 ayı ərzində ARDNŞ-nin dövlət büdcəsinə ödənişləri 114,2 faiz artıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin oktyabr ayında dövlət büdcəsinə 138 milyon 976 min manat vəsait ödəyib ki, bu da ötən ilin oktyabr ayına nisbətən 12 milyon 920 min manat və ya 110,2 faiz çox olub.

Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 324 milyon 68 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 164 milyon 163 min manat və ya 114,2 faiz çox olub.

Bundan əlavə, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 378 min manat vəsait köçürüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 498 min manat və ya 103,9 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 133 milyon 490 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 1 milyon 913 min manat və ya 101,5 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti