...

Unibank-dan "Siftə krediti"ni kimlər ala bilər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 16:15 (UTC +04:00)
Unibank-ın "Siftə krediti" aksiyası əhali arasında böyük maraq doğurub. "Siftə krediti" aksiyası ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür.
Unibank-dan "Siftə krediti"ni kimlər ala bilər?

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Unibank-ın "Siftə krediti" aksiyası əhali arasında böyük maraq doğurub. "Siftə krediti" aksiyası ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür.

İlk dəfə kredit üçün müraciət edənlər Unibank-dan 6% endirimlə kredit alacaqlar. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək 7500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik, "Siftə krediti" alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir. Unibank-dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Qeyd edək ki, Unibank-da kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrində, MilliÖn ödəniş terminallarında, Hesab.az saytında, Unibank-ın "cash-in" öəniş terminallarında və Unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti