...

Azərbaycanın təkrar gəlirlər üzrə profisiti 50 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2013 14:27 (UTC +04:00)
Azərbaycanın xarici ölkələrlə təkrar gəlirlər üzrə həyata keçirdiyi əməliyyatların ümumi dəyəri 2013-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, 2,3 milyard dollar təşkil edib.
Azərbaycanın təkrar gəlirlər üzrə profisiti 50 milyon dolları ötüb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın xarici ölkələrlə təkrar gəlirlər üzrə həyata keçirdiyi əməliyyatların ümumi dəyəri 2013-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, 2,3 milyard dollar təşkil edib. Bu məbləğdən 51,1 faizi ölkəyə daxilolmaların payına düşür. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyyə balansında deyilir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmalardan 96,1 faizini əcnəbi fiziki şəxslərin pul köçürmələri, 1,8 faizini ölkəyə idxal edilən humanitar malların dəyəri, 2,1 faizini isə digər daxilolmalar təşkil edir.

Ümumilikdə ölkənin təkrar gəlirli əməliyyatlar üzrə müsbət saldosu 51,4 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti