Azərbaycan, Bakı, 16 dekabr /Trend/
SmartCard kredit kartın onlayn sifarişi üçün sadə anket formasını doldurmaq, şəxsi məlumatı qeyd etmək və şəxsiyyət vəsiqəsinin skan versiyasını əlavə etmək kifayətdir.
Ərizə doldurulduqdan sonra sizinlə bankın əməkdaşı əlaqə saxlayaraq kredit kartını əldə edib-etməyəcəyiniz haqda, həmçinin verilən kreditin məbləğini və kartı əldə etmək üçün sizə yaxın filialın ünvanını qeyd edəcək.
SmartCard kredit kartı sərfəli şərtlərlə nüfuzlu MasterCard Gold və Platinum daşıyıcılarında verilir.
Kartın kredit xəttindəki məbləğ 10.000 AZN-dək, güzəşt müddəti isə 45 günədək təşkil edir! Kartı 30 AZN qiymətindən başlayaraq zaminsiz əldə etmək olar.
SmartCard kredit kartı haqda ətraflı məlumatı Bank Standardın https://bankstandard.com/ rəsmi səhifəsindən və ya 158 nömrəsinə zəng edərək əldə etmək olar.