...

"Fitch" "Paşa Bank"ın reytinqini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A. Axundov/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Paşa Bank"ın "Sabit" proqnozla "B+" səviyyəsində uzunmüddətli emitent defoltu reytinqini (EDR) təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə günü agentliyin yaydığı məlumatda deyilir.

Bankın xarici valyutada qısamüddətli EDR-i "B" səviyyəsində, davamlılıq reytinqi "b+" səviyyəsində, dəstək reytinqi "5" səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi isə "dəstək səviyyəsi yoxdur" kimi təsdiq edilib.

Reytinqlərin təsdiq edilməsi əhəmiyyətli kapital buferini əks etdirən cari etibarlı maliyyə göstəriciləri, ciddi "likvidlik yastığı"na (ilin I yarısının sonuna görə pul öhdəliklərinin 46 faizi) əsaslanır.

Bankın kredit portfeli kapital təsirləri və maliyyələşdirməyə çıxışın yaxşılaşdırılması qismində əsas səhmdarların fəaliyyətindən çox şey qazanıb.

Agentliyin məlumatına görə, 2013-cü ilin I yarısının sonuna problemli kreditlərin payı 28 faizədək artıb, bu göstərici 2012-ci ilin sonuna 11 faiz olub. Lakin zərərləri yüksək səviyyədə "udmaq" qabiliyyəti və vergitutmayadək olan adekvat gəlir bank üçün əlavə rahatlıq yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti