...

Bank Respublika "facebook" dostlarını bilik müsabiqəsinə dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 17:17 (UTC +04:00)
"Bank Respublika" Yeni il ərəfəsində öz "facebook" dostlarını maraqlı viktorinada iştirak etməyə dəvət edir.
Bank Respublika "facebook" dostlarını bilik müsabiqəsinə dəvət edir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

"Bank Respublika" Yeni il ərəfəsində öz "facebook" dostlarını maraqlı viktorinada iştirak etməyə dəvət edir.

"Yeni İL vikotinası" Yeni ilə 8 gün qalmış - 23-30 dekabr tarixlərində keçiriləcək və bu bilik yarışmasında 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları müəyyət edilmiş qaydalara riayət etmək şərti ilə iştirak edə bilərlər:

- İştirakçı Bank Respublika-nın "facebook" səhifəsinin fanı olmalıdır;

- Viktorina haqqında dərc olunan statusa "İştirak edəcəyəm" şərhini yazmalıdır.

Gün ərzində "facebook" istifadəçilərinə 3 sual veriləcək - saat 11:30, 14:30 və 16:30-da. Suallar müxtəlif mövzularda (əsasən məntiq, bank və iqtisadiyyata dair) tərtib olunacaq.

Ən çox suala düzgün cavab vermək üçün ən az vaxt sərf edən istifadəçi "Günün qalibi" elan olunacaq.

"Günün qalibi"nə balansında 100 AZN olan Bank Respublika-nın plastik kartı və digər xüsusi Yeni il hədiyyələri təqdim ediləcək.

Qaydalara əsasən, hər bir istifadəçi hər verilən suala 1 dəfə cavab yaza bilər.

Viktorinanın qaydaları ilə daha ətraflı Bank Respublika-nın rəsmi saytında tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti