...

Türkiyə Yaponiyaya ölkə iqtisadiyyatına sərmayə yatırmağı təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2014 08:20 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yaponiyaya rəsmi səfəri zamanı bu ölkənin sahibkarlarına Türkiyə iqtisadiyyatına sərmayə yatırmağı təklif edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti yazıb.
Türkiyə Yaponiyaya ölkə iqtisadiyyatına sərmayə yatırmağı təklif edib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yaponiyaya rəsmi səfəri zamanı bu ölkənin sahibkarlarına Türkiyə iqtisadiyyatına sərmayə yatırmağı təklif edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti yazıb.

Onun sözlərinə görə, hazırda Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edir və ölkənin hədəfi dünyanın iqtisadi nöqteyi-nəzərdən ən inkişaf etmiş ölkələrinin "onluğ"una daxil olmaqdır.

Baş nazir bildirib: "Ankara yapon sərmayəçilərin Türkiyənin iqtisadi inkişafında iştirakını istəyir".

Ərdoğan onu da bildirib ki, Türkiyə Yaponiya ilə birlikdə Dardanel boğazı üzərindən yeni körpünün inşasına maraq göstərir.

Dardanel boğazı üzərindən yeni körpünün tikintisi üzrə tender 2015-ci ildə keçiriləcək. Yeni körpü üç hərəkət zolağına malik olacaq.

Dardanel boğazı üzərindən körpü ölkədə son üç il ərzində tikilən ikinci körpü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti