...

Ərdoğan: Ankara Avropanın nəqliyyat mərkəzi olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 14:52 (UTC +04:00)
Ankara bütün Avropanın nəqliyyat mərkəzinə çecriləcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada yeni metro xəttinin açılışı mərasimində çıxışı zamanı bildirib.
Ərdoğan: Ankara Avropanın nəqliyyat mərkəzi olacaq

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir R.Hafizoğlu/

Ankara bütün Avropanın nəqliyyat mərkəzinə çecriləcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada yeni metro xəttinin açılışı mərasimində çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "TRT Haber" telekanalı xəbər verib.

Onun sözlərinə görə, hazırda Ankaranın Avropanın nəqliyyat mərkəzinə çevrilməsi üçün hər şey edilir: "İqtisadi inkişaf Türkiyə üçün prioritetdir və hökumət ölkə iqtisadiyyatının güclənməsi üçün mümkün olan hər şeyi edir".

Fevralın 12-də Türkiyənin paytaxtı Ankarada metropolitenin yeni xətti istismara verilib. Metronun yeni "Batıkent-Sincan" xəttinin açılışında Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.

Tikintisi 2012-ci ilin fevralından başlayan Ankara metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.

Ankara metropoliteni 1996-cı ildə istismara verilib. Paytaxtın metro xəttinin ümumi uzunluğu 60,4 kilometrdir. Ankara metropoliteni 22 stansiyadan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti