...

"TuranBank"ın aktivləri il ərzində 15 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2014 14:07 (UTC +04:00)
2014-cü ilin fevralın 1-nə "TuranBank"ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 15,57%, ötən ilin sonu ilə müqayisədə isə 0,23% artaraq 247,421 mln. manat təşkil edib.
"TuranBank"ın aktivləri il ərzində 15 faizdən çox artıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E. Əliyev/

2014-cü ilin fevralın 1-nə "TuranBank"ın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 15,57%, ötən ilin sonu ilə müqayisədə isə 0,23% artaraq 247,421 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 9,93% artaraq 178,221 mln. manata çatıb.

Cari ilin yanvar ayı üzrə bankın müştəri hesabları və depozit portfeli 108,743 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 29,77% artaraq 61,925 mln. manat təşkil edib.

1 fevral 2014-cü il tarixinə bankın nizamnamə kapitalı 44 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,67% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 1,14%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 32,92% artaraq 51,065 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 28 səhmdar olmaqla - 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdən (70,89%) ibarətdir. Ötən ilin sonu "TuranBank"ın səhmlərinin 3028 ədədini əldə edən ABŞ-da idarə olunan "ShoreCap II Ltd." Fondu 7,45% payla bankın səhmdarları sırasına qatılıb. Bankın yeni səhmdarının əsas fəaliyyəti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara, mikro-maliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

2014-cü ilin yanvar ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 2,434 mln. manat, xərcləri isə 1,851 mln. manat təşkil edib. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 583 min manat olub.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirib. Bundan başqa, adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti