...

Nazir müavini: Azərbaycan kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin bütün halqalarının inkişafına ehtiyac duyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2014 14:19 (UTC +04:00)
Azərbaycanda aqrar sektorun inkişafı üzrə aparılan dövlət siyasətinin əsasını sahibkarlıq təşəbbüslərinə dəstək təşkil edir.
Nazir müavini: Azərbaycan kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin bütün halqalarının inkişafına ehtiyac duyur

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A. Axundov/

Azərbaycanda aqrar sektorun inkişafı üzrə aparılan dövlət siyasətinin əsasını sahibkarlıq təşəbbüslərinə dəstək təşkil edir. Trend-in məlumatına görə, bunu cümə axşamı kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forumda bildirib.

Onun sözlərinə görə, son illər dövlət kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin zəif halqalarının inkişafı üzrə ciddi iş aparıb: "Belə ki, kənd təsərrüfatı istehsalçılarının yüksək məhsuldarlı toxumlarla, damazlıq heyvanlarla, mineral gübrələr, texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması üzrə irimiqyaslı tədbirlər görülüb. Dövlət bazar iştirakçılarını stimullaşdırır və "Aqorlizinq" dövlət lizinq şirkətinin köməyi ilə birbaşa dəstək göstərir. Bununla yanaşı, dövlət kənd təsərrüfatı istehsalçılarının rəqabətə davamlılığını artırmaq üçün onlara müxtəlif təyinatlı subsidiyalar təqdim edir".

İ.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamının icrası kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin bütün halqalarının inkişafına xidmət edir: "Sərəncam kənd təsərrüfatı kooperativləri, kənd təsərrüfatı məhsullarının satış yarmarkası, ixtisaslaşdırılmış fermer mağazaları, "yaşıl" marketlər, məhsulların saxlanılması və satışı üzrə özəl bazalar, ticarət şirkətləri, logistik mərkəzlər, qablaşdırma təsərrüfatı, aqroparklar, yəni bu zəncirin yeni iştirakçılarının təşkilini nəzərdə tutur".

Bundan başqa, hazırlanması mövcud sərəncamla nəzərdə tutulan Azərbaycanın aqrar-sənaye kompleksinin inkişaf strategiyası qeyd edilənlərlə yanaşı, kənd təsərrüfatı zəncirinin səmərəliliyinin artırılması üzrə bütün işləri sistemli şəkildə əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti