...

Azərbaycanda AVSMMİS üzrə zərərlərin qiymətləndirilməsi sistemi tətbiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2014 18:30 (UTC +04:00)
Trend Büroya istinadən məlumat verir ki, iclasda İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının müvafiq olaraq 1 dekabr 2011 və 27 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətlərinin icbari sığorta şəhadətnamələri blankları ilə təmin edilməsi barədə Müqavilə”nin formasına və “Bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqları barədə hesabatın forması və təqdim edilmə Qaydaları”na dəyişiklik edilib.
Azərbaycanda AVSMMİS üzrə zərərlərin qiymətləndirilməsi sistemi tətbiq olunacaq

Azərbaycan, Bakı, 4 mart /Trend/

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının iclası keçirilib.

Trend Büroya istinadən məlumat verir ki, iclasda İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının müvafiq olaraq 1 dekabr 2011 və 27 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətlərinin icbari sığorta şəhadətnamələri blankları ilə təmin edilməsi barədə Müqavilə"nin formasına və "Bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqları barədə hesabatın forması və təqdim edilmə Qaydaları"na dəyişiklik edilib.

Həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərlərin qiymətləndirilməsi sahəsində proqram həlləri təqdim edən "Audateks" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı məsələ müzakirə edilib, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa 14 may 2013-cü il tarixdə edilmiş dəyişikliklə əlaqədar İcbari Sığorta Bürosunun Nizamnaməsinə müvafiq dəyişikliklər edilməsi məsələsinə baxılıb.

Bundan başqa, "Atəşgah" Sığorta Şirkəti ASC-nin 25 fevral 2014-cü il tarixli A134/14 nömrəli məktubunda qeyd olunan məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti