Azərbaycan, Bakı, 6 mart /Trend/
Azərbaycanın ən populyar kredit kartı olan Bolkart istifadəçilərinin sayı 200 000-i aşıb.
2011-ci ilin sonu "Bank of Baku" tərəfindən kütləvi dövriyyəyə buraxılan Bolkart, ötən müddət ərzində əhali arasında böyük populyarlıq qazanıb və bu gün artıq 200 000-dən çox insan bu kredit kartından gündəlik istifadə edir.
Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, insanları Bolkart almağa həvəsləndirən bu kartın aşağıdakı əsas üstünlükləridir:
- Minlərlə yerli mağaza və ticarət mərkəzində nağdsız alış-veriş və 12 aya kimi hissə-hissə ödəmə imkanı
- Bolkartdan nağd pul çıxarmaq imkanı
- Bolkart müştəriyə pulsuz verilməsi
- Xaricdə MasterCard loqolu ticarət subyektlərində alış-veriş (Bolkart MC sahibləri üçün)
- İnternetdə "MasterCard" loqosu olan istənilən onlayn mağazada alış-veriş (Bolkart MC sahibləri üçün)
- Bolkart ilə əməliyyatların təhlükəsiz, sürətli və rahat olması.
Xatırladaq ki, bu gün Bolkartla geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bolkart ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1,3,6 və ya 12 aya ödəmək olar.
Bolkartın olnayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı: 145 nömrəli Məlumat Mərkəzi və ya www.facebook.com/Bolkart