...

"Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" jurnalın növbəti sayı hazırlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Mərkəzi Bankının "Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalının növbəti - 2014-cü ilin birinci rübü üzrə sayı hazırlanıb.

Bankdan Trend-ə verilən məlumata görə, jurnalın bu sayı makroiqtisadi və məzənnə siyasətləri, risklərin modelləşdirilməsini, iqtisadi inkişafın sosial aspektlərini və digər nəzəri-empirik məsələləri özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir.

Həmçinin jurnalda peşəkar auditoriya üçün iqtisadi məsələlərə yeni və ya adaptasiya olunmuş metodoloji yanaşmaları, Azərbaycan iqtisadiyyatı ilə bağlı fundamental elmi araşdırmaların nəticələrini, habelə qlobal beyin mərkəzlərində son zamanlar aktuallaşan mövzuların tədqiqi təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti