...

"Bank of Baku" Bolkart sahiblərinə nağdlaşdırma kampaniyası elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Qarşıdan gələn Novruz bayramında Bolkart sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə "Bank of Baku" nağdlaşdırma kampaniyası elan edir.

Cümə günü bankdan Trend-ə daxil olan məlumata görə, 15-19 mart 2014-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3 %-dir.

Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Bolkartı nağdlaşdırmaq üçün "Bank of Baku"-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/

Beləliklə, indi hər bir Bolakrt sahibi bayramqabağı alış-veriş üçün nağd pulu "Bank of Baku"-nun kredit kartı vasitəsilə rahat əldə edə bilər.

Hazırda 200.000-dən çox Azərbaycan vətəndaşı Bolkartdan istifadə edir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti