Azərbaycan, Bakı, 14 mart /Trend/
Azərbaycan Mərkəzi Bankı (AMB) pul-kredit göstəricilərinə dair ictimaiyyətə yayımlanan statistik məlumatların əhatəliliyini mütəmadi olaraq genişləndirir.
AMB-dən Trend-ə verilən məlumata görə, bu çərçivədə Mərkəzi Bankın aylıq əsasda yayımladığı Statistik Bülletenin tərkibi cari ilin yanvar ayından daha da zənginləşdirilib. Belə ki, bülletendə kredit qoyuluşları üzrə məlumatların iqtisadiyyatın sahələr üzrə strukturu dərinləşdirilmiş formatda təqdim olunub.
Bülletendə bank sisteminin ev təsərrüfatlarına, mədənçıxarma, elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı, inşaat və tikinti, ticarət və xidmət, nəqliyyat və rabitə, sənaye və istehsal, kənd təssərrüfatı, daşınmaz əmlak sektorlarına yönəltdiyi kreditlərlər, habelə bu göstəricilərin müddətləri, valyutası üzrə geniş təsnifat əks olunub.
Statistik bülletenin tərkibinin genişləndirilməsi işi mütəmadi davam etdiriləcək.