...

ARDDA: Nasaz Rusiya gəmisi Bakını təmirdən və digər prosedurlardan sonra tərk edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2014 15:22 (UTC +04:00)
"Vətən-1" gəmisi Bakı limanındadır və orada gəminin texniki problemləri aradan qaldırılır.
ARDDA: Nasaz Rusiya gəmisi Bakını təmirdən və digər prosedurlardan sonra tərk edəcək

Azərbaycan, Bakı, 15 mart /Trend/

"Vətən-1" gəmisi Bakı limanındadır və orada gəminin texniki problemləri aradan qaldırılır. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.

Administrasiyadan qeyd edilib ki, təmir və digər prosedurlar başa çatdıqdan sonra gəmi limanı tərk edə biləcək.

Rusiya mətbuatının yazdığına görə, gəminin göyərtəsində 6 Ukrayna və 4 Rusiya vəətndaşı var. "Vətən-1" gəmisi üç sutka qidasız və yanacaqsız qalıb.

VTS-Trans" şirkətinə məxsus gəmi Bakıya bira ya yarım əvvəl gəlib. Rusiyadan Azərbaycana sement daşıyan gəminin mühərriki sıradan çıxıb və Bakı sahili yaxınlığında dayanmağa məcbur olub.

Gəminin heyəti: Rusiya vətəndaşları - Timur kamalov, Aleksey Bakulin, Yelena Kosiryeva, Əsədulla Əsədullayev; Ukrayna vətəndaşları - Maksim Ponomarçuk, Pavel Savçenko, Dmitri Buş, Aleksey Vekov, Dmitri Knyazev, Oleq Komisarçukdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti