Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Əliyev/
İraqın Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər elan olunub. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.
Azərbaycan iş adamları tenderlərdə iştiraka dəvət olunurlar.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 354,19 milyon dollar təşkil edib.