...

Serbiyanın sabiq Prezidenti İqtisadiyyat və Sənaye Nazirliyində olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 19:01 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Serbiyanın sabiq Prezidenti Boris Tadiçlə görüşüb.
Serbiyanın sabiq Prezidenti İqtisadiyyat və Sənaye Nazirliyində olub

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Serbiyanın sabiq Prezidenti Boris Tadiçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində Serbiyanın sabiq Prezidentinin rolunu qeyd edib. O, ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olduğunu vurğulayıb, Azərbaycan-Serbiya əlaqələrinin genişlənməsində hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini diqqətə çatdırıb.

B.Tadiç Azərbaycana səfərindən, ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu bildirib, Serbiyada iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə turizm, daşınmaz əmlak, bank və enerji sektorlarına investisiya qoyuluşu üçün əlverişli imkanların olduğunu qeyd edib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən serbiyalı qonaq mövcud potensialın iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaratdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti