...

Azərbaycanda güzəştli maliyyələşdirmənin təxminən yarısı kənd təsərrüfatına yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2014 11:39 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin birinci rübündə 44,666 milyon manat məbləğində 1014 layihə maliyyələşdirib.
Azərbaycanda güzəştli maliyyələşdirmənin təxminən yarısı kənd təsərrüfatına yönəldilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin birinci rübündə 44,666 milyon manat məbləğində 1014 layihə maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

Bu layihələrin SKMF-nin güzəştli kreditləri hesabına reallaşdırılması 2459 yeni iş yerinin yaradılmasına kömək edir ki, bunlardan 80,7 faizi aqrar sahədədir.

Yanvar-mart ayları ərzində SKMF istehsalın və sənaye məhsulunun emalının müxtəlif sahələrində ümumi məbləği 10,511 milyon manat həcmində 39 layihə maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 972 layihənin həyata keçirilməsinə 21,755 milyon manat, xidmət sahəsində 3 layihəyə 12,4 milyon manat yönəldilib.

Hesabat dövrü ərzində Fond 11,11 milyon manat dəyərində (verilmiş kreditlərin ümumi portfelinin 24,9 faizi) 93 kiçik həcmli kredit (kreditlərin ümumi sayının 97,9 faizi) ayırıb. Bu dövr ərzində 32,7 milyon manat məbləğində (73,2 faiz) 15 iri həcmli kredit (1,5 faiz) ayrılıb.

SKMF bu il 280 milyon manat dəyərində kredit ayırmağı planlaşdırır, bu vəsaitdən 150 milyon manat kreditlərin geri qaytarılması, qalan 130 milyon manat isə dövlət büdcəsi vəsaitləri hesabına təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti