...

Türkiyə Mleta-Kobi tunelinin tikintisinə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 10:45 (UTC +04:00)
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Türkiyənin nəqliyyat və rabitə naziri Lütfi Əlvan ilə görüşüb.
Türkiyə Mleta-Kobi tunelinin tikintisinə maraq göstərir

Gürcüstan, Tbilisi, 7 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Türkiyənin nəqliyyat və rabitə naziri Lütfi Əlvan ilə görüşüb.

Trend-in məlumatına görə, Kvirikaşvili görüşdən sonra bildirib ki, Türkiyə tərəfi Mleta-Kobi tunelinin tikintisinə marağını ifadə edərək yeni təşəbbüslərlə çıxış edib.

Gürcü nazir deyib: "Bundan əlavə, yolkənarı infrastrukturun tikintisi kimi layihələr var. Eləcə də dənizdə əməkdaşlığın spektri böyükdür".

Onun sözlərinə görə, Əlvanla görüşdə yerüstü nəqliyyat məsələlərinə və onlarla bağlı problemlər də nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti