...

ƏƏSMN bu ayın sonunadək daha 4 rayonda əmək yarmarkası keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 11:43 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.
ƏƏSMN bu ayın sonunadək daha 4 rayonda əmək yarmarkası keçirəcək

Azərbaycan, Bakı, 13 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən tədbirlərə hazırlıq işləri çərçivəsində işəgötürənlərdən boş (vakant) iş yerləri barədə məlumatlar toplanır. Tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi də təmin olunacaq.

Cari ildə bölgələr üzrə Şəmkir və İsmayıllı rayonlarında artıq əmək yarmarkaları keçirilib və bu tədbirlərdə 233 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 15 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti